Bu şəxslər yardımla bağlı müraciət edə bilməyəcək

Bu şəxslər yardımla bağlı müraciət edə bilməyəcək

"Şəxsiyyət vəsiqəsinin vaxtı keçmiş şəxslər birdəfəlik ödəniş almaq üçün qeydiyyatdan keçə bilməz”.

Qaynarinfo xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, həmin şəxslərin qeydiyyatdan keçməsi üçün problem yaranacaq: "Elektron hökumət portalı üzərindən məlumatlar şəxsiyyət vəsiqəsinin FİN kodu əsasında oxunur. Ona görə də şəxsiyyət vəsiqəsi yenilənməlidir. Əgər mövcud şəxsiyyət vəsiqəsi qüvvədə deyilsə, məlumatlar toplana bilmir və buna görə də ona işsiz statusu verə bilmərik.

Məsləhət görərdim ki, karantin müddətində evdən çıxmaq üçün verilən 2 saatlıq icazə müddətindən istifadə edib istənilən "ASAN xidmət” mərkəzlərinə gedərək şəxsiyyət vəsiqələrini yeniləsinlər”.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR