Xəbər lenti

Bu şəxslərin Azərbaycana girişi qadağandır: aralarında həkim, musiqiçi də var
Ölkə 15:33 22.01.2018

Bu şəxslərin Azərbaycana girişi qadağandır: aralarında həkim, musiqiçi də var

Xarici İşlər Nazirliyi bu il ilk dəfə arzuolunmaz şəxslərin siyahısına dəyişiklik edib. Bizimyol.info xəbər verir ki, dəyişikliyə əsasən Azərbaycan Respublikasının icazəsi olmadan işğal olunmuş ərazilərə səyahət etmiş 712 nəfər xarici ölkə vətəndaşı Azərbaycan ərazisinə buraxılmayacaq.

Xarici İşlər Nazirliyinin rəsmi saytında yer alan məlumata görə, bu vaxta qədər Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər edənlərin böyük hissəsini Rusiya Federasiyasının vətəndaşlarıdır. Onların sayı 162 nəfərdi.

Arzuolunmaz şəxslərin siyahısına 66 nəfər Almaniya Federativ Respublikası , 56 nəfər Amerika Birləşmiş Ştatları, 48 nəfər İtaliya Respublikası, 42 nəfər Fransa Respublikası vətəndaşları da daxildir.

Azərbaycanın işğal olunmuş ərazisi olan Dağlı Qarabağa qanunsuz səfərlər etmiş şəxslərin fəaliyyət tərkibi də müxtəlifdir. Onların arasında 93 nəfər jurnalist, 18 nəfər musiqiçi, 15 nəfər bloqçu, 12 nəfər fotoqraf, 7 həkim və 5 şair də var.

Azərbaycan Respublikasının icazəsi olmadan işğal olunmuş ərazilərə səyahət etmiş xarici ölkə vətəndaşlarının siyahısı ilə ətraflı bu likdə tanış ola bilərsiniz:
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->