Dünya 14:36 07.12.2021

Bu xarici filmlər “Oskar”ın namizədlər siyahısına daxil edildi

Aleksandr Sokurovun tələbəsi Kira Kovalenkonun rejissorluğu ilə çəkilmiş "Yumruqlar açılanda” rus filmi rəsmi olaraq Akademiya Mükafatına namizədlər siyahısına daxil olub.

Qaynarinfo xəbər verir ki, bu haqda Mükafatın təşkilatçıları bildiriblər.

Film "Ən yaxşı xarici bədii film” kateqoriyasında ukraynalı rejissor Natalya Vorojbitin "Pis yollar”, "Fəridənin iki min mahnısı” (Elkin Tuyçiyev, Özbəkistan), Qırğızıstandan Artıqpay Suyundukovun rejissoru olduğu "Şambala” və Adilxan Yerjanov tərəfindən çəkilmiş Qazax filmi "Sarı pişik” filmləri ilə yarışacaq".
Ümumilikdə müsabiqədə iştirak üçün 93 ölkə ərizə təqdim edib. Bu kateqoriyaya ilk dəfə gələn Somali olub.

"Yumruqlar açılanda” filminin süjeti Şimali Osetiyanın Mizur şəhərində cərəyan edir və sərt ata, onun iki oğlu və bir qızının münasibətindən bəhs edir. İyul ayında 31 yaşlı Kira Kovalenko artıq 74-cü Kann Film Festivalında "Xüsusi baxış” proqramının Qran Prisini qazanıb.
 
Alpər