Ölkə 18:49 22.04.2021

Bülbülün Şuşadakı ev muzeyinin necə bərpa ediləcək? (AÇQLAMA)

Bülbülün Şuşa şəhərindəki ev muzeyinin bərpası zamanı böyük sənətkarın Bakıdakı Memorial Muzeyinin fondunda saxlanılan materiallara istinad ediləcək.

Bu barədə "Report”un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.

"Ev muzeyinin ilkin tarixi görkəmində bərpası məqsədilə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu tərəfindən ilkin layihə hazırlanıb və ictimaiyyətə təqdim olunub. Qısa müddətdə bu ev-muzeyinin fəaliyyətinin bərpa edilməsi planlaşdırılır”, - Nazirlikdən bildirilib.