Ölkə 22:40 06.05.2021

Buraxılış imtahanında yeganə maksimum bal toplayan şagird odur (FOTO)

Xəbər verdiyimiz kimi, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 15-16 aprel 2021-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub.

Qaynarinfo xəbər verir ki, imtahan iştirakçıları arasında bir nəfər – Sumqayıt şəhəri, Texniki və təbiət elmləri liseyinin məzunu maksimal olan 300 bal toplayıb.

"Azərbaycan Universitetləri” səhifəsinin yaydığı məlumata görə, həmin şagird Ruslan Məsimovdur.

R.Məsimov iki il əvvəl 9-cu siniflərin buraxılış imtahanında da 296 bal toplamaqla yüksək nəticə göstərib.