Dünya 11:00 23.03.2019

Buzlar əridikcə, cəsədlər üzə çıxır

Everest dağındakı buzlar əridikcə, çətin şəraitdə dağa dırmanarkən həyatını itirən alpinistlərin cəsədləri üzə çıxmağa başlayıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, qlobal istiləşmə səbəbindən qarın qalınlığı azaldıqca, hər həftə yeni cəsədlər tapılır.

Zirvəyə qalxmaq üçün 3 Mart-31 May arası yeni mövsüm başlayanda, daha çox cəsədin tapılacağı ehtimal edilir.

Qeyd edək ki, indiyə qədər dünyanın ən hündür zirvəzində (8848 metr) təxminən 300 nəfər ölüb, lakin çətin hava şəraiti səbəbindən ölənlərdən üzdə ikisinin cəsədlərini tapmaq mümkün olmayıb.