Dünya 15:53 03.07.2020

Böyük əməliyyat: 54 milyon funt-sterlinq və 2 ton narkotik ələ keçirildi

Böyük Britaniyada mütəşəkkil cinayətkarlığa qarşı keçirilən əməliyyat çərçivəsində 54 milyon funt-sterlinq və 2 ton narkotik maddə ələ keçirilib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, silah, narkotik və insan alveri ilə məşğul olanlar da daxil olmaqla böyük cinayətkar şəbəkələr polisin gizli bir sistemə sızmasından sonra basqınların hədəfi olub. EncroChat adı ilə bilinən sistem xüsusi olaraq hazırlanmış telefonlarda istifadə olunurdu. Lakin apreldə beynəlxalq bir qrup sistemin şifrəsini qırmağa nail olub. Daha sonra dünya miqyasında 60, Britaniyada isə 10 min istifadəsçisinin olduğu aşkarlanıb.

Sistemin yeganə məqsədi rəqib cinayətkarları öldürmək, çirkli pul yumaq və qaçaqmalçılığı planlaşdırmaq və nəzarətdə saxlamaq olub.

Proqramın ifşa edilməsindən sonra ölkə miqyasında 746 cinayətkar saxlanılıb.

Camal