Ekonomiks 17:37 24.01.2022

Böyük məişət texnikaları niyə birdən-birə 200-300 manat bahalaşıb? - Ekspert

"Qiymətlərin yüksəlməsi vətəndaşlar üçün problemdir. Vətəndaşın alıcılıq qabiliyyəti var, qiymətlər belə sürətlə artarsa, bir müddətdən sonra satışlar olmayacaq, dayanacaq. Bu da iş adamlarına ciddi zərbə olacaq”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli böyük məişət texnikalarının qiymətində birdən-birə 200-300 manat qiymət artımından danışarkən deyib.
 
Ekspert bildirib ki, satışların azalması onların gəlirlərinə birbaşa mənfi təsir göstərəcək:

"Çörəyin qiymətinin artmasının psixoloji olaraq qiymət artımına təsir edəcəyi gözlənilən idi. Belə bir ehtimal var idi, amma bunun böyük məişət texnikalarının qiymətinin birdən-birə artması ilə bir başa bağlantısı yoxdur. Ancaq reallıqda dünyada logistikanın bahalaşması və çip böhranının yaşanması var. Dünyada bir çip böhranı da yaşanır, böyük elektrotexnika şirkətləri istehsalında bəzi axsamalar var. Nəticə etibarı ilə də logistikanın və çiplərin qiymətinin qalxması məişət texlikasının qiymətinə təsir etməli idi. Amma bu, dərhal baş verə bilməzdi. Yanvar ayının əvvəlində birdən-birə məişət texnikalarına bu, təsir göstərməməliydi. Burada yəqin ki, ciddi bir araşdırmaya da ehtiyac ola bilər”.

Natiq Cəfərlinin fikirincə, gömrükdə rəsmilləşdirmədə də müəyyən artımlar var:

"Əgər belə artımlar müşahidə olunbsa, onun qiymətlərə təsirsiz ötüşməyəcəyi məlum idi. Çünki əvvəllər böyük partiyaları konteynerlərlə gömrük qeydiyyatından keçirirdilərsə, indi ədəd-ədəd qeydiyyatdan keçirib onlardan rüsumların tutulmasına çalışırlar. Bu da gömrüyün ağardılması adı altında edilir”.

Natiq Cəfərli hesab edir ki, gömrük rüsumlarının bu formada ağardılması istər-istəməz qiymtlərin yüksəlməsinə təsir edir. Amma bu yüksəliş də bir yerə qədərdir”.

Bahar Rüstəmli

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?