Nə qədər ki, II Qaregin kimiləri çürük ermənipərəst ideyalardan əl çəkməyib, belə görüşlər ümumi işin xeyrinə olmayacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və bütün Rusiya Patriarxı Kirill və erməni katolikosu II Qaregin arasında Moskvada keçirilən dini liderlərin görüşünü şərh edərkən deyib:
"Bu görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri sülh mesajları ilə çıxış etdi. O, Azərbaycanın sülh və əmin-amanlıq şəraitində yaşamaq niyyətindən, millətlərin bir yerə gəlməsi istiqamətində atılan addımlardan danışdı. Allahşükür Paşazadə bildirdi ki, artıq Qarabağ problemi yoxdur”.
Politoloq bildirir ki, erməni katalikosu isə əksinə görüşdə dini liderə yaraşmayan mövqe sərgiləyib:
"Erməni katalikosu revanşist, milli ədavəti qızışdıran qeyri-konstruktiv mövqedən çıxış edib. Həmin görüşdə tutduğu mövqe ilə erməni katalikosu Ermənistan baş naziri Paşinyana nisbətən fərqli mövqe sərgilədiyini ortaya qoyub. Qaregin Azərbaycanı günahkar çıxararaq, erməni diversant terrorçu əsirləri hərbi əsirlər kimi təqdim etməkdə davam edib”.
Məhz Qareginin sərgilədiyi mövqedən çıxış edərək Ə. İbrahimov düşünür ki, 3 ölkə dini liderlərinin görüşü regionda sülhə, əmin-amanlığa xidmət etməyəcək:
"Ona görə də bu sayaq görüşlərlə bağlı optimist yox, pessimistəm”.
Rüfət Sultan
Şərhlər