Foto 16:07 21.02.2020

Üç günlük sərgi başladı (FOTOLAR)

Milli İncəsənət muzeyində 300 yaxın qonağın iştiakı ilə rəssam Nərminə Vəliyevanın "Rəngli duyğular" rəsm studiyasının "Vernisaj" adlı sərgisi baş tutub.

Qaynarinfo xəbər verir ki, mərasimi giriş sözü ilə xalq rəssamı Arif Hüseynov açıb. Bundan sonra professorlar Kubra Əliyeva və Xədicə Əsədova da nitq söyləyiblər. Daha sonra gənc rəssamlara Milli İncəsənət muzeyinin və rəssamlar ittifaqının imza və möhürü ilə sertiikatlar və kataloqlar təqdim olunub.

Sərgi 3 gün ərzində davam edəcək.