Xəbər lenti

Canlı yayımda ağzını tikən şəxs polisə niyə çağırıldı? (TƏFƏRRÜAT/FOTO)
Ölkə 15:34 19.10.2021

Canlı yayımda ağzını tikən şəxs polisə niyə çağırıldı? (TƏFƏRRÜAT/FOTO)

Sosial şəbəkələrdə canlı yayımda ağızını tikən şəxsin əsəb-nevroloji peoblemləri var.

Qaynarinfo-nun həmin şəxsin yaxınlarından əldə etdiyi məlumata görə, 2001-ci təvəllüdlü Şəmsi Rəhimlinin əvvəllər məhkumluğu olub. Yasamal rayonunda yaşayan Şəmsi Rəhimlinin ailəsi tərəfindən dəfələrlə polisə müraciətlər edilib ki, onun ixtisaslı dispanserdə müalicəsinə köməklik göstərilsin. 

Canlı yayımda ağızını tikən bu şəxs polis idarəsinə ailəsi ilə birlikdə dəvət olunub. Onlarla söhbət aparılıb və Şəmsi Rəhimli ailəsinə təhvil verilib. Ailə üzvləri övladlarının nevroloji xəstəlikdən əziyyət çəkdiyini və müalicəsinin davam etdirilməsini öz üzərlərinə götürdüklərini bildiriblər.

Seyid
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->