İran xarici işlər naziri Məhəmməd Cavad Zərif "Altılı əməkdaşlıq platforması” çərçivəsində diplomatik səfərlərini davam etdirir.
Qaynarinfo "TRT Haber”ə istinadən xəbər verir ki, İran XİN rəhbərinin 29 yanvarda Türkiyəyə səfər etməsi gözlənilir.
Qeyd edək ki, Qarabağ zəfərindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə bölgənin sülh və rifahı üçün "6-lı əməkdaşlıq platforması”nın yaradılması planlaşdırılıb. Bununla bölgədə təhlükəsizlik və sabitliyin təmin edilməsi, nəqliyyat və enerji başda olmaqla müxtəlif sahələrdə əməkdaşlığın aparılması hədəflənir.
Şərhlər