Ölkə 11:20 25.11.2020

Cavid Qurbanov Kəlbəcərə qayıtmaqdan danışdı

"Qarabağa böyük qayıdış başlayacaq”.

Bunu Qaynarinfo-ya açıqlamasında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Kəlbəcərin azad olunmasından danışarkən deyib. Cavid Qurbanov torpaq uğrunda şəhid olanlara Allahdan rəhmət diləyib:

"Allah bütün şəhidlərə rəhmət eləsin. Allah millətimizi, müzəffər Azərbaycan ordusunu və xilaskar liderimizi qorusun. Bundan gözəl və bundan böyük nə ola bilər! Çox sevincliyəm”.

Cavid Qurbanov bildirib ki, öncə Kəlbəcər də daxil olmaqla bütün Qarabağ torpağı minalardan təmizlənməlidir:

"Cənab Prezidentin dediyi kimi, işğaldan azad edilən rayonları dirçəldək, onlara həyat verək, qalan hər şey zamanla düzələcək”.

Bahar Rüstəmli