Dünya 13:56 04.02.2022

Cəmilov Ərdoğan-Zelenski görüşünün detalları və vasitəçilikdən danışdı

Krım-tatar milli hərəkatının liderlərindən biri Mustafa Cəmilovun sözlərinə görə, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna prezidentləri Vladimir Putinlə Vladimir Zelenski arasında danışıqlarda vasitəçi rolunu oynamağa razı olacaq. 

Qaynarinfo xəbər verir ki, bununla belə siyasətçi əmindir ki, Krımla bağlı Ərdoğanın prinsipial mövqeyinə görə Kreml buna razı olmayacaq.

"Ankaranın belə vasitəçilik imkanlarını hələ 2016-cı ildə Strasburqda Türkiyənin xarici işlər naziri ilə müzakirə etmişəm. O, daha sonra Türkiyənin hər zaman hazır olduğunu təsdiqləyib, lakin həm Kiyevdən, həm də Moskvadan müraciət lazımdır. İndi bu təşəbbüslə Ərdoğanın özü çıxış edib. Amma mən rusların reaksiyasına baxıram. Kreml birmənalı şəkildə bu vasitəçiliyə qarşıdır. Əsas səbəb isə Ərdoğanın Krımı Rusiya ərazisi kimi tanımamasıdır. Və Putin üçün bu çox önəmlidir. Qalan hər şey qəbul olunacaq, amma bu əsas nöqteyi-nəzərdən [Krım]... Ərdoğan heç vaxt öz mövqeyindən geri çəkilməyəcək”, - Cəmilov "GORDON” tok-şousunun efirində deyib.

Prezidentin Krım tatar xalqı üzrə komissarı Mustafa Cəmilov "GORDON” tok-şousunun efirində onu da bildirib ki, Ukrayna lideri Vladimir Zelenski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ölkələr arasında azad ticarət zonası sazişini müzakirə edib.

"İnanıram ki, azad iqtisadi zona ilə bağlı ən mühüm saziş imzalanıb. Bu saziş Türkiyə ilə Ukrayna arasında ticarət dövriyyəsini kəskin şəkildə artırmağa imkan verəcək. Əgər indi hardasa 7,5 milyard dollar civarındadırsa, o zaman onun bir neçə dəfə artacağını gözləyirlər. Biz 16 ildir ki, bu müqavilə üzərində işləyirik. Orada mindən çox bənd var”, - deyə o izah edib.

Cəmilev özü də Ərdoğanla görüşüb. O, Türkiyə prezidentindən Ukraynanın İslam Əməkdaşlıq Təşkilatına müşahidəçi qismində qəbul edilməsinə yardım etməyi xahiş edib, çünki bu, Ukraynaya çox güclü İslam bankının xidmətlərindən istifadə etməyə imkan verəcək. Digər tələb Ukraynanın Türk Şurasına qəbul edilməsidir.

Ümumilikdə, Ərdoğanın Kiyevə səfəri zamanı səkkiz ikitərəfli saziş imzalanıb:

azad ticarət zonası haqqında;

yüksək texnologiyalar, aviasiya və kosmik sənaye sahəsində əməkdaşlıq;

gənclər siyasəti sahəsində əməkdaşlıq;

hüquq-mühafizə orqanları arasında əməkdaşlıq.
 
Alpər