Ceyhun Bayramov azad edilmiş ərazilərdə minaya düşərək ölənlərin sayını açıqladı

Ceyhun Bayramov azad edilmiş ərazilərdə minaya düşərək ölənlərin sayını açıqladı

"Mina problemi qarşımızda duran çox ciddi məsələlərdən biridir. Ermənistanın minaladığı torpaqlarda noyabrın 10-dan indiyədək 28 Azərbaycan vətəndaşı minaların partlaması nəticəsində həlak olub, 120-dən artıq insan isə yaralanıb”.

Qaynarinfo xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstan baş nazirinin müavini - xarici işlər naziri Muxtar Tileuberdi ilə görüşdən sonra bəyanatında deyib.

Nazir əlavə edib ki, Ermənistanın mina xəritələrini verməməsi vəziyyəti daha da mürəkkəbləşdirir.
X
XƏBƏRLƏR
BLOGLAR