Xəbər lenti

Ceyhun Bayramov Zəriflə bölgədəki vəziyyəti müzakirə etdi
Siyasət 23:17 27.07.2021

Ceyhun Bayramov Zəriflə bölgədəki vəziyyəti müzakirə etdi

27 iyul 2021-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı baş tutub.

Bu barədə Qaynarinfo-ya Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazirlər iki ölkə arasındakı əməkdaşlıq gündəliyinin bəzi məsələləri üzrə, habelə bölgədəki son vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->