Dünya 19:07 20.08.2019

"Chandrayaan-2" kosmik gəmisi Ayın orbitinə daxil oldu

Hindistan "Chandrayaan-2" kosmik vasitəsini Aya göndərib.

Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, kosmik gəmi 29 dəqiqə davam edən səyahətdən sonra Ayın orbitinə daxil ola bilib. 

"Chandrayaan-2"nin 384 min km məsafə qət edəndən sonra 7 sentyabrda Ayın cənub qütbündə eniş etməsi gözlənilir. 

Proses uğurla yekunlaşsa, Hindistan Aya eniş edən 4 ölkədən birinə çevriləcək. Daha əvvəl ABŞ, Çin və Sovet İttifaqı buna nail ola bilib. 

Qeyd edək ki, Hindistanın ilk Ay səfəri 2008-ci ildə "Chandrayaan-1" gəmisi ilə reallaşdırılıb, lakin eniş edilməyib. "Chandrayaan-2"nin Ayın qaranlıq tərəfi kimi bilinən cənub qütbünə enməsi və tarixə imza atması gözlənilir.

Gülşən