Xəbər lenti

Çin ABŞ-ın aviasiyasını Sakit okeanda asanlıqla məhv edə bilər -
Dünya 22:00 10.01.2025

Çin ABŞ-ın aviasiyasını Sakit okeanda asanlıqla məhv edə bilər - "Business Insider"

Çin Hind-Sakit okean regionunda aviasiya bazalarını gücləndirmək və döyüş təyyarələrini diversifikasiya etmək məsələsində ABŞ-dan daha sürətli irəliləyir.

Qaynarinfo-nun məlumatına görə, Hudson İnstitutunun analitikləri Tomas Şuqart və Timoti Voltonun "Business Insider"ə təqdim etdiyi tədqiqatda bildirilir ki, hərbi münaqişə baş verdiyi təqdirdə Çin ABŞ-ın kritik aviasiyasını Hind-Sakit okean regionunda daha az resursla sıradan çıxara bilər. Analitiklər qeyd ediblər ki, bu, Pekinin aviasiya bazalarını gücləndirməsi və döyüş təyyarələrinin yerləşdirilməsini artırması nəticəsində yaranmış balanssızlığın nəticəsidir.

Şuqart və Volton vurğulayırlar ki, son onillik ərzində Çin aviasiya üçün möhkəmləndirilmiş sığınacaqların və fərdi uçuş sığınacaqlarının sayını iki dəfədən çox artırıb. Bundan əlavə, Çində uçuş-eniş zolaqları və təyyarə dayanacaqlarının sayı da artırılıb.

Eyni zamanda, ABŞ-ın bu sahədəki səyləri olduqca zəif görünür. Analitiklərin fikrincə, ABŞ və müttəfiqlərinin regiondakı hərbi aerodromlarının sayı Çininkilərlə müqayisədə təxminən üç dəfə azdır.

Bu fərq, Çin üçün ABŞ-ın aerodromlarını sıradan çıxarmaq üçün daha az resursun lazım olacağını, lakin əks tərəfin eyni miqyasda cavab verməkdə çətinlik çəkəcəyini göstərir.

Tədqiqatda bildirilir ki, Çin potensial münaqişədə ABŞ və müttəfiqlərinə qəfil zərbə endirə bilər. Bu isə Pekinə hava əməliyyatlarında üstünlük qazandıracaq.

Hudson İnstitutunun analitikləri əlavə ediblər ki, Çinin raket qüvvələrinə böyük məbləğdə sərmayə yatırması, o cümlədən ABŞ hərbi obyektlərinin maketlərinin hazırlanması, Pekinin ABŞ-la birbaşa hərbi toqquşma ehtimalını nəzərdən keçirdiyini göstərir.

Tədqiqatda qeyd olunur ki, ABŞ-ın bu təhlükəyə qarşı cavab tədbirlərini gücləndirməsi, aerodromların müdafiəsinin artırılması və yeni nəsil təyyarələr və pilotsuz sistemlərin hazırlanması zəruridir. Bu, potensial münaqişə zamanı ABŞ-ın hava gücünü qorumağa imkan verəcək.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->