Texnologiya 19:17 01.02.2020

"Conson Trampın qucaq iti olmaq istəmir" - Alman nəşri

Almaniyanın Handelsblatt qəzeti Böyük Britaniyanın baş naziri Boris Consonun ABŞ-ın təhdidlərinə baxmayaraq, Çinin telekommunikasiya nəhəngi "Huawei"lə əməkdaşlığı davam etdirmək barədə qərar qəbul etməsini qəribə şəkildə şərh edib.

Qaynarinfo xəbər verir ki, qəzet Consonun bu addımı atmaqla Trampın qucaq iti olmaq istəmədiyini yazıb.

Qeyd edək ki, İngiltərə hökumətinin qərarı ilə "Huawei" müəyyən məhdudiyyətlər olmaq şərti ilə ölkənin 5G şəbəkəsinin qurulmasında iştirak edə biləcək.

"Boris Consonun çox dərin düşünməsinə ehtiyac yox idi. "Huawei" onsuz da İngiltərənin mobil telefon şəbəkələrinin qurulmasında illərdir ki, iştirak edir və şirkətin 5G texnologiyası dünyada miqyasında liderdir. Britaniyalıların buna baxmayaraq tərəddüdlə olmaları əsasən Trampdan qaynaqlanırdı. Ancaq Conon "Huawei"lə əməkdaşlığın dayandırılması ilə bağlı qərar qəbul etsəydi, o zaman Trampın sözündən çıxmayan qucaq iti olması kimi tənqid ediləcəkdi. Bu səbəbdən yumruğunu masaya çırpdı və bununla da bir sıra mesaj verdi. Bunlardan ən vacibi milli maraqların ABŞ-la əlaqələrdən önəmli olduğu, ikincisi isə 5G şəbəkəsinin yaradılmasının ticarətdən əvvəl gəldiyidir. Son olaraq isə Britaniyanın ən yaxşı texnologiyaya investisiya qoymasıdır", - qəzet yazıb.

Camal