Foto 15:00 25.09.2021

COVID-19-dan vəfat edən qadının 4 min manatlıq brilyant sırğaları oğurlandı (FOTO)

Cəlilabad rayon Mərkəzi Xəstəxanasında ötən ilin noyabr ayında koronavirusdan (COVİD-19) dünyasını dəyişən 1955-ci il təvəllüdlü Xuraman Salmanovanın brilyant sırğaları oğurlanıb. 

Bu barədə Qaynarinfo-ya mərhumunn oğlu Rəşad Salmanov məlumat verib. O iddia edib ki, anası vəfat edən günü xəstəxanada qulağından sırğalar çıxarılaraq seyfə qoyulub: 

"Sırğaların bazar dəyəri 4 min manat idi və atam anama hədiyə etmişdi. Xəstəxanadan bizə brilyant sırğaların əvəzinə pul təklif edildi və biz bundan imtina etdik. Sonra deyildi ki, sırğalar axtarılır və tapılan kimi qaytarılacaq. Biz də verilən vədlərə inandıq və bir neçə ay gözlədik".

Rəşad Salmanov məslə ilə bağlı Cəlilabad rayon Polis İdarəsinə də müraciət etdiklərini bildirib: 

"Polisdən bizə cavab olaraq deyildi ki, hadisənin üzərindən çox vaxt keçdiyindən bunun tapılması mümkün olmayacaq”.

Məsələ ilə bağlı Cəlilabad rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elnur Azadxanov bildirib ki, xəstəxanada itmiş hər hansı bir əşyaya görə rəhbərlik məhsuliyət daşımır: 

"Biz xəstəxanaın girişində də yazıb yapışdırmışıq. Xəstəxanya daxil olarkən qiymətli əşyalarınızı, pul əskinaslarınızı yaxınlarınıza təhvil verin. Məlum hadisəyə gəldikdə, bu məsələ hüquq-mühafizə orqanlarının səlahiyyətində olan haldır”.

Əhməd