Ölkə 15:45 27.07.2021

COVİD vaksinləri insanların təbii immunitetini öldürür? - Vasif İsmayıl

"Vətəndaşlara vurulan peyvənd onların həyatını qurtarmaq üçün deyil, cəmiyyəti xilas etmək üçündür. Ona görə də bu, yarıməcburi hal alır”.

Bunu Qaynarinfo-ya açıqlamasında tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl Avropada COVID-19 ilə əlaqədar görülən tədbirlər, məhdudiyyətlər, məcburi vaksinasiyanın etirazlara səbəb olması və vaksinlərin onların təbii immunitetini öldürməsi ilə bağlı məlumatlara aydınlıq gətirərkən deyib. Doktor bu cür açıqlamaların heç bir elmi-tibbi əsası olmadığını deyib:
 
 

"Bu cəmiyyətlər həyat şəraitini indiyə kimi peyvəndlərlə xəstəliklərinin qarşısını ala bilib. Peyvəndlərdən fayda görəndən sonra onun üstünə şər atmaq, məncə, doğru deyil. Amma insanlar fərqli düşünür və buna da haqları var. Bu cür epidemiya yaradan xəstəliklər həmin insanların şəxsi haqları deyil. Burada artıq cəmiyyət haqları önə çəkilir. İnsanlar başa düşməlidirlər ki, onlar özləri haqqında qərar verə bilərlər”.

Bahar Rüstəmli