“Crew Dragon” idarəolunan gəmisi kosmik hədəfə çatdı (VİDEO)

“Crew Dragon” idarəolunan gəmisi kosmik hədəfə çatdı (VİDEO)

"Crew Dragon" kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyaya (ISS) çatıb. 

Qaynarinfo xəbər verir ki, bu haqda NASA-nın yaydığı məlumatda deyilir. 

Crew Dragon kosmik gəmisinin Beynəlxalq Kosmik Stansiya ilə birləşməsi ABŞ vaxtıyla 10:29-a (Bakı vaxtıyla 18: 29) planlaşdırılsa da, birləşmə planlaşdırıldığından daha tez baş tutub. 

Xatırladaq ki, astronavt Duqlas Harli və Robert Benkeni BKS-ə aparan gəmi Falcon 9 buraxılış vasitəsindən istifadə edərək Florida ştatındakı Cape Canaveral uçuş meydanından statr götürüb. 

Astronavtlar bu ərəfədə "Crew Dragon" gəmisinin yük bölməsini və Yerin mənzərəsini çəkərək göstərib. İzləyicilər gəminin göyərtəsində olan parçadan tikilmiş və bəzədilmiş "Space Dino” oyuncaq dinozavrını da görə biliblər.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR