Video 16:40 26.02.2019

Cüneyt Arkın "Netflix"in çəkdiyi məşhur serialda rol aldı (VİDEO)

İlk mövsümü ilə böyük izləyici auditoriyası toplamağı bacaran "The protektor" ("Muhafız") serialının 2-ci mövsümünün treyleri yayımlanıb.

Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, yeni mövsümdə keçmiş türk filmlərinin sevilən aktyoru Cüneyt Arkın da rol alıb. Lakin onun serialda hansı obrazı canlandıracağı dəqiq bilinmir.

Qeyd edək ki, baş rolunu Çağatay Ulusoyun oynadığı serial məşhur film və serial şirkəti olan Netflix tərəfindən çəkilir.