İdman 11:45 04.02.2018

"DÇ-2018" üçün böyük təhlükə: çəyirtkə hücumu gözlənilir

Rusiyada 14 iyun-15 iyul tarixlərində təşkil ediləcək futbol üzrə Dünya çempionatı üçün ciddi hücum təhlükəsi mövcuddur.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Rusiya Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Pyotr Çekmarev ölkədə stadionlara çəyirtkə hücumu ehtimalının olduğunu və "DÇ-2018"in təhlükə ilə qarşı-qarşıya qala biləcəyini deyib.
 
Ötən il Volqaqradda yerləşən stadiona hücum çəkən çəyirtkələr bu il yarışın keçiriləcəyi 11 şəhərdəki meydançaları təhlükə altına qoya bilər: "Bütün dünya buraya gələcək. Futbol meydançaları yaşıl rəngdədir. Çəyirtkələr çəmənliyin olduğu yerləri sevirlər. Stadionlara gəlmələrinin qarşısını almaq üçün işlərə başlamışıq. Belə hadisə olsa, bütün dünyaya biabır olarıq". 

Qeyd edək ki, "DÇ-2014"də də oxşar hadisə baş vermişdi. "Marakana" stadionunda keçirilən Braziliya - Kolumbiya oyununda çəyirtkələr kolumbiyalı futbolçu Xames Rodrigesi hədəfə almışdı.

Gülşən