"DÇ-2018" oyunları çərçivəsində Rusiyanın yarışma ilə əlaqədar sistemlərinə edilən 25 milyon kiberhücumun qarşısı alınıb.
Qaynarinfo xəbər verir ki, bunu dünən Rusiya prezidenti Vladimir Putin Dünya Çempionatının Təhlükəsizliyi üzrə Əməliyyat Şöbəsinin Beynəlxalq Əməkdaşlıq Mərkəzi nümayəndələri ilə keçirdiyi konfransda çıxışı zamanı açıqlayıb.
O, həmçinin yarışmaya hazırlıq mərhələsində müxtəlif obyeklərin tikintisi və turnirlərin təşkilinə 2 milyon insanın cəlb edildiyini də diqqətə çatdırıb.
Kremlin mətbuat xidmətinin verdiyi məlumata görə, DÇ-2018 ərəfəsində yaradılmış 194 Qaynar Xəttinə radiasiya, kimyəvi, bioloji və partlayıcı ilə bağlı 400-dən çox müraciət daxil olub.
Şərhlər