DÇ-2023: Azərbaycan millisi seçmə mərhələyə məğlubiyyətlə başladı

DÇ-2023: Azərbaycan millisi seçmə mərhələyə məğlubiyyətlə başladı

Qadın futbolçulardan ibarət Azərbaycan millisi 2023-cü il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində mübarizəyə başlayıb.

Qaynarinfo xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçi olduğu kollektiv E qrupundakı ilk sınağında Rusiya yığmasının qonağı olub. Moskvada oynanılan qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Rusiya seçməsinin heyətində qolları 42-ci dəqiqədə Marina Fyodorova, 75-ci dəqiqədə isə Nelli Korovkina vurublar.

Qeyd edək ki, bu qrupun digər oyunlarında Danimarka Maltanı 7:0, Monteneqro isə Bosniya və Herseqovinanı 3:2 hesabı ilə məğlub edib. Azərbaycan millisi növbəti oyununu sentyabrın 21-də Bakıda Danimarkaya qarşı keçirəcək.
XƏBƏRLƏR
BLOGLAR
X