Dadaşlinski icra başçısının saxlanmasından danışdı: “Neftçaladan bir vaxtlar yaxşı balıq gələrdi”

Dadaşlinski icra başçısının saxlanmasından danışdı: “Neftçaladan bir vaxtlar yaxşı balıq gələrdi”

İctimai Televiziyanın 3D verilişin ötən gün Dövlət Təhlükəsizliyi Xidmətinin Neftçala rayon İcra Hakimiyyətində əməliyyat keçirməsinə reaksiya verilib. 
 
Qaynarinfo xəbər verir ki, veriliş əvvəlində Əziz maskalı içəri daxil olub. Sonda isə məsələyə aparıcı Dadaş Dadaşlinski münasibət bildirib. Sərt mövqedən çıxış edən aparıcı "Neftçaladan bir vaxtlar yaxşı balıq gələrdi..." ifadəsi ilə sözə başlayıb.
 
"Deyirlər, bu gün də birini tutublar. Görəsən bu gün tora düşən, bu xalqa xidmət etmək üçün təyin olunan adam niyə olanlardan dərs çıxarmadı?! Ağstafa hadisələrindən nə vaxt ötdü ki... Yaxşı daha keçdi, heç olmasa bu gün baş verənlərdən qalanları nəticə çıxarsın”, - deyə o, bildirib.
 
Fevralın 20-də Dövlət Təhlükəsizliyi Xidməti Neftçalada əməliyyat keçirib və icra başçısı İsmayıl Vəliyev saxlanılıb. Həmçinin o, ötən gün ölkə başçısının müvafiq sərəncamı ilə vəzifəsindən azad olunub.

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR