Xəbər lenti

Daha 1795 nəfər koronavirusa yoluxdu: 28 nəfər öldü
Ölkə 19:06 01.12.2021

Daha 1795 nəfər koronavirusa yoluxdu: 28 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 795 yeni yoluxma faktı qeydə alınıb, 1 967 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 590 113 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 556 716 nəfər müalicə olunaraq sağalıb, 7 884 nəfər vəfat edib. 25 513 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 565, bu günə qədər isə ümumilikdə 5 551 849 test icra olunub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->