Xəbər lenti

Daha 3 nəfər məsuliyyətə cəlb edildi, 382 maşın geri qaytarıldı
Ölkə 12:19 01.04.2020

Daha 3 nəfər məsuliyyətə cəlb edildi, 382 maşın geri qaytarıldı

Ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında martın 31-i  saat 08:00-dan aprelin 1-i saat 08:00-dək olan müddət ərzində polis əməkdaşları tərəfindən yoxlamalar aparılıb. 

Qaynarinfo Baş Dövlət Yol Polisi İdarəsinə istinadən xəbər verir ki, həmin müddətdə Bakı-Quba yolunun 45.2-ci km-də yerləşən keçid postundan 34-ü rayon, 204-ü paytaxt istiqamətinə olmaqla 238  nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.      

Bakı-Şamaxı-Yevlax yolunun 86-cı km-də yerləşən keçid postundan 21-i rayon, 29-u paytaxt istiqamətinə olmaqla 50 nəqliyyat vasitəsi geri qaytarılıb.  

Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 39-u rayon, 55-i paytaxt istiqamətinə olmaqla 94 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.      

Gün ərzində 382 nəqliyyat vasitəsinin hərəkəti məhdudlaşdırılıb, postların yerləşdiyi ərazidə karantin rejiminin pozulmasına görə 3 nəfər məsuliyyətə cəlb edilib.

Martın 19-dan aprelin 1-dək  8579 nəqliyyat vasitəsinin rayon, martın 24-dən aprelin 1-dək isə 6039 nəqliyyat vasitəsinin paytaxt istiqamətinə geri qaytarılması təmin edilib.       

Ümumilikdə bu günədək 14 618 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->