Daha beş müəssisədən Rusiyaya alma ixracına icazə verildi

Daha beş müəssisədən Rusiyaya alma ixracına icazə verildi

"Rosselxoznadzor” tərəfindən sentyabrın 30-dan Azərbaycanın daha beş alma istehsalı müəssisəsindən Rusiyaya alma ixracına icazə verilib.

Qaynarinfo xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Qeyd edək ki, bu günə qədər Rusiyanın müvafiq qurumu tərəfindən ümumilikdə 70 alma istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib.

Rusiyaya alma ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 153397 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan 66924 ton alma məhsulunun 229 faizi həcmindədir.
XƏBƏRLƏR
BLOGLAR
X