Rusiya milli komandasının sabiq kapitanı Andrey Arşavin karyerasını bitirib.
Qaynarinfo modern.az-a istinadən xəbər verir ki, o, Qazaxıstanın "Kayrat"ın komandasının heyətində vida oyununu keçirib.
37 yaşlı hücumçu Karaqanda "Şaxtyor"u ilə XXXIII tur matçının 50-ci dəqiqəsində meydana daxil olub. Arşavinin klubla müqaviləsi yekunlaşıb və o, başqa kluba keçməyəcəyini açıqlayıb.
Andrey Arşavin 2016-cı ildən "Kayrat"ın formasını geyib. Təcrübəli hücumçu 100-dən çox oyunda 30 qol və 37 məhsuldar ötürmə müəllifi olub. Karyerası ərzində isə həm də "Zenit Sankt-Peterburq” və "Arsenal” komandalarının şərəfini qoruyub.
Şərhlər