Ölkə 20:10 05.09.2017

Daha bir erməni hərbi qulluqçusu öldü

Ermənistan Silahlı Qüvvələrində daha bir müəmmalı ölüm hadisəsi baş verib.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, sentyabrın 2-də Azərbaycanın işğal olunmuş Xocəvənd rayonunda yerləşən Ermənistan ordusunun bölmələrindən birində müəmmalı şəraitdə ağır yaralanan, Kanakerdən olan hərbi qulluqçu Qvidov Petrosyan hərbi tibb məntəqəsinə gecikdirildiyindən dünyasını dəyişib.

Bu barədə ölən hərbi qulluqçunun yaxınları məlumat verib və xəbər Ermənistan sosial şəbəkələrində paylaşılıb.

Q.Petrosyanın hansı şəraitdə, hansı səbəbdən öldüyü, yaxud öldürüldüyü barədə istintaq sirri bəhanəsi ilə heç bir xəbər verilməməsi isə hərbçinin valideyinlərinin ciddi narazılığına səbəb olub. 

Qaynarinfo.Az