Foto 13:08 11.07.2020

Daha bir həkim koronavirusa yoluxdu (FOTO)

Azərbaycanda daha bir həkim koronavirusa yoluxub.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıb.

Bildirilib ki, COVID-19-la mübarizə aparan Silahlı Qüvvələrin Baş Klinik Hospitalının anestezioloq-reanimatoloqu Teymur Cəfərov özü də bu xəstəlikdən əziyyət çəkir. 

Məlumata görə, artıq bir həftədir ki, o, süni tənəffüs aparatına qoşulub.