Ölkə 18:01 27.01.2018

Daha bir kəndə təbii qaz verildi (FOTO)

Göyçay rayonunun Çaxırlı kəndinə ilk dəfə təbii qaz verilib.

"Azəriqaz” İB-dən verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə qurumun Baş direktoru Əkbər Hacıyev, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə və ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə 660 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 93 min 645 metr olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı həmçinin məhəllədaxili qaz xətləri çəkilmiş, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.