Venesuela prezident seçkilərilərinin vaxtından öncə keçirilməsi ilə bağlı qərar qəbul edilib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Venesuela Mərkəzi Seçki Komitəsinin sədri Tibisay Lusena növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı hökumət və müxalifət rəsmiləri arasında fikir ayrılığından sonra seçkilərin aprelin 22-də keçirilməsinə qərar verildiyini açıqlayıb.
Seçkilərin konstitusiyaya uyğun şəkildə keçiriləcəyini deyən komitə sədri şəffaflıq və obyektiliyin qorunacağına zəmanət verib.
Lusena namizədlərin qeydiyyatına fevralın 24-26-da başlanılacağını bildirib.
Qeyd edək ki, uzun illərdir hakimiyyətdə olan Nikolas Maduro bu seçkilərdə də namizədliyini irəli sürəcəyini və müxalifətlə sona qədər mübarizə aparacağını açıqlamışdı.
Latın Amerika ölkələrinin ötən il yaratdığı "Lima Qrupu" isə seçkilərin erkən keçirilməsinə qarşı çıxmış və nəticələrin obyektiv olmayacağı ifadə edilmişdi.
Şərhlər