Dünya 18:42 13.01.2021

Daha bir milyarder vəfat etdi

Böyük Britaniyalı milyarder, media maqnatı Devid Barklay vəfat edib.

Qaynarinfo BBC-yə istinadən verdiyi xəbərə görə, 86 yaşlı milyarder qısa sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, Britaniyanın ən böyük qəzetlərindən olan "Daily Telegraph”ın şəriki olub.

Devid Barklay əkiz qardaşı Frederiklə birgə dövrünün ən uğurlu iş adamlarından hesab olunub. 2020-ci ildə "Sunday Times”in varlı şəxslərin siyahısında adı qeyd olunan D. Barklay otellər, qəzetlər və mağazalar zəncirindən ibarət 7 milyard funt-sterlinq varidata sahib olub.

Qeyd edək ki, iki gün öncə "Kazinolar kralı" ləqəbi ilə tanınan milyarder Şeldon Adelson da dünyasını dəyişib. Onun sərvətinin 40 milyard dollar olduğu ehtimal edilir.