Ölkə 22:19 15.04.2021

Daha bir müəllim koronavirusdan öldü, işlədiyi məktəb distant tədrisə keçdi

Bərdə rayonunda müəllim koronavirusdan vəfat edib.

Qaynarinfo xəbər verir ki, rayonun Soğanverdilər kənd məktəbinin ibtidai sinif müəllimi Şəhla Qarayeva pandemiyanın qurbanı olub.

62 yaşlı müəllimin bütün ailə üzvlərində də COVID-19 aşkarlanıb.

Müəllimin ölümü ilə əlaqədar kənd məktəbi iki həftəlik distant tədrisə keçib.