Bakının "Badamdar Biznes & Residence Complex”in zalında Vəhdət Partiyasının növbədənkənar VI Qurultayı keçirilib. Qurultayda ölkənin müxtəlif bölgələrindən seçilmiş 510 nümayəndə və təxminən 50-60 ictimai-siyasi qonaq iştirak edib.
Musavat.com xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açılıb, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qurultayın gündəliyində yer alan məsələlərin müzakirəsi zamanı nümayəndələrə azad və açıq çıxış imkanları təqdim olunub.
Qurultayın əsas qərarına əsasən, Adəm İsmayıl Bakuvi açıq səsvermə yolu ilə tam səs çoxluğu ilə partiyanın yeni sədri seçilib. Yeni sədr Qurultay qarşısında siyasi platformasını və partiyanın gələcək strateji hədəflərini açıqlayıb.
Tədbirin sonunda Qurultay iştirakçıları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul ediblər. Müraciətdə dövlət başçısının apardığı siyasətə dəstək ifadə olunub və milli birliyə çağırış yer alıb.
Qurultay Azərbaycan Dövlət Himninin yenidən səsləndirilməsi ilə yekunlaşıb.
Şərhlər