Xəbər lenti

Bu il cütlüklər ən çox niyə mübahisə edib? - 5 əsas səbəb
Dünya 20:58 17.12.2025

Bu il cütlüklər ən çox niyə mübahisə edib? - 5 əsas səbəb

Amerikalı psixoloq Mark Travers 2025-ci ildə cütlüklərin dəfələrlə yaşadığı beş ən yayğın mübahisəni sadalayıb və onların hər birinin arxasında dayanan gizli emosional mənanı izah edib.

Qaynarinfo xəbər verir ki, o, bu barədə "Forbes” üçün yazdığı məqalədə qeyd edib.

"2025-ci il cütlüklər üçün qeyri-adi dərəcədə yüksək emosional yüklənmə dövrü oldu. Cütlüklərlə yüzlərlə söhbət və münasibətlər üzrə onilliklərlə davam edən araşdırmalardan sonra bir nəticə dəyişməz qalır: tərəfdaşlar nadir hallarda düşündükləri səbəbdən dava edirlər. Görünən bəhanələr yalnız daha dərin emosional suallara – təhlükəsizlik, tərəfdaşın əlçatanlığı və uzunmüddətli bağlılıqla bağlı narahatlıqlara giriş nöqtəsidir”, deyə mütəxəssis bildirib.

Psixoloqun sadaladığı mübahisə növləri bunlardır:

"Niyə gecikəcəyini demədin?"

Bu cür münaqişə demək olar ki, heç vaxt dəqiqlik və ya punktuallıqla bağlı olmur. Ən çox halda bu, bağlılıq sistemində daha dərin bir sualı əks etdirir: "mən sənin üçün doğrudan da önəmliyəmmi?” Son araşdırmalar göstərib ki, bir-birinə uyğunlaşmağı bacaran tərəfdaşlara sahib olan insanlar daha etibarlı bağlılıq tipinə malikdirlər. Bu cür kiçik davranışlar zamanla münasibətlərdə təhlükəsizlik hissini formalaşdırır.

"Sən məni ümumiyyətlə dinləmirsən?"

Təkamül baxımından diqqətlə dinlənilmək beyin tərəfindən sosial təhlükəsizlik siqnalı kimi qəbul olunur. Tərəfdaş üzünü çevirəndə, maraqsız cavab verəndə və ya ümumiyyətlə qulaq asmayanda beyin bunu əlaqənin zəifləməsi kimi şərh edir. "Current Psychology” jurnalında 2024-cü ildə dərc olunan araşdırma bunu təsdiqləyir. İştirakçılar özlərini görməzlikdən gəlinmiş hiss etdikləri günlərdə daha çox mənfi emosiyalar yaşadıqlarını, bunu ağrı, kənarda qalma və görünməzlik hissi kimi təsvir etdiklərini bildiriblər.

"Biz həmişə eyni şey üstündə dalaşırıq"

Bir çox cütlükdə münaqişələr necə başlamasından asılı olmayaraq eyni emosional nöqtədə bitir. 2025-ci ildə aparılan araşdırma göstərib ki, bu hiss həm əsaslıdır, həm də proqnozlaşdırılandır. Alimlər müəyyən ediblər ki, təcrübələrin aydın "hadisə sərhədləri” olmadıqda beyin bir emosional epizodu digərində ayırmaqda çətinlik çəkir. Məhz buna görə cütlüklər eyni mübahisələrdə ilişib qalır və sinir sistemi hər yeni anlaşılmazlığı həll olunmamış eyni hadisənin davamı kimi qəbul edir.

"Niyə hər şey mənim üzərimdədir?"

Məişət öhdəlikləri ilə bağlı mübahisələrin əksəriyyəti əslində koqnitiv yük üzərində qurulur. Bu, evin işlək qalmasını təmin edən, lakin görünməyən zehni əməkdir. 2019-cu il araşdırması koqnitiv əməyi ayrıca, səy tələb edən ev işi forması kimi müəyyənləşdirib. Buraya ehtiyacların qabaqcadan hiss edilməsi, tapşırıqların izlənməsi, görülən və görülməyən işlərə nəzarət və böhranların qarşısını alan qərarların verilməsi daxildir. Bu yük çox vaxt nəzərə çarpmadığı üçün tez-tez münaqişə mənbəyinə çevrilir: bir tərəf özünü həddən artıq yüklənmiş və dəyərsiz hiss edir, digər tərəf isə qəfil ittihamlarla üzləşir.

"Sən artıq bizə vaxt ayırmırsan?"

Bu ilin bütün münaqişələri arasında ən destabilizəedici olanı məhz budur. Həyat tempi sürətləndikcə yaxınlıq üçün yer daralır. Ünsiyyət planlaşdırılan, təxirə salınan və ya tədricən yox olan bir şeyə çevrilir. Lakin bu mübahisələr cədvəllə deyil, tədricən uzaqlaşma qorxusu ilə bağlıdır. 2021-ci ildə evli cütlüklər arasında aparılan araşdırma göstərib ki, münasibətlərdən məmnunluğa ən güclü təsiri mübahisələr deyil, gündəlik, gözə çarpmayan qarşılıqlı ünsiyyət göstərir. Sadəcə söhbət etməyə – hətta məişət mövzularında belə – daha çox vaxt ayıran cütlüklər özlərini daha yaxın hiss edir və münasibətlərini daha yüksək qiymətləndirirlər. Əksinə, gün ərzində qarşılıqlı ünsiyyətin olmaması və ya tez-tez mübahisə etmək məmnunluğun azalmasına və münasibətlərin daha mənfi qavranılmasına gətirib çıxarır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->