Daha bir perspektivli idmançı Azərbaycanı tərk edir - SOS

Daha bir perspektivli idmançı Azərbaycanı tərk edir - SOS

Bakı Tennis Akademiyasının 9 yaşlı tennisçisi Ayşən Kərimli Rusiya bayrağı altında çıxış etməyə hazırlaşır. 

Qaynarinfo xəbər verir ki, bu barədə aport7.az-a idmançının atası Əli Kərimov məlumat verib. 

Onun sözlərinə görə, məsələ ilə bağlı olaraq Azərbaycanın I Vitse-prezidenti Mehriban Əliyevaya müraciət edib. Nəticədə Ayşənə akademiyada məşq üçün şərait yardılması ilə bağlı Gənclər və İdman Nazirliyindən tapşırıq verilib. Ancaq Tennis Federasiyanın I vitse-prezidenti Salam Əsgərəlizadə bunlara baxmayaraq azyaşlı idmançıya dəstək olmaqda maraqlı olmayıb. Bunları nəzərə alaraq da Əli Kərimov Rusiyadan alınan təklifləri nəzərə alaraq Ayşənin karyerasına bu ölkədə davam etməsi qərarına gəlib. 

Qeyd edək ki, 01.01.2011-ci il təvəllüdlü Ayşən Kərimli 2017-ci ildən müntəzəm olaraq tennislə məşğul olur. Bakı Tennis Akademiyasında 12 yaşına qədər olan uşaqlar arasında ona qalib gələ bilən tennisçi hələki yoxdur.
 

Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR