Daha bir YAP-çı deputata etiraz: Seçicilər Aydın Mirzəzadəyə

Daha bir YAP-çı deputata etiraz: Seçicilər Aydın Mirzəzadəyə "nağıl danışırsız" dedilər (VİDEO)

Seçicilərin deputat-namizədlərə etirazları davam edir. Bu dəfə seçicilərin narazılıqları ilə YAP-çı deputat Aydın Mirzəzadə üzləşib.

Qaynarinfo AFN-ə istinadən xəbər verir ki, 2000-ci ildən bəri 47 saylı Mingəçevir seçki dairəsini parlamentdə təmsil edən və yenidən seçkilərə qatılan A.Mirzəzadə Mingəçevirdə keçirdiyi görüşdə etirazla qarşılaşıb. Belə ki, seçicilər ona bu illər ərzində heç bir iş görmədiyini, indi də görüşlərinə büdcə təşkilatlarında çalışanları yığdığını deyiblər. Videodakı digər məqamlardan da görünən odur ki, sıravi vətəndaşlar görüşə buraxılmır.

XƏBƏRLƏR
BLOGLAR