“Daha iki nəfər öz təşəbbüsü ilə prezidentliyə namizədliyini irəli sürüb”.
APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. Komissiyanın bu gün keçirilən yığıncağında M. Pənahov bildirib ki, Azərbaycan vətəndaşları 1975-ci il təvəllüdlü İsmayıl Yusifov və 1961-ci ldə anadan olan Elşən Həsənov sənədlərini MSK-ya təqdim edib.
MSK sədrinin sözlərinə görə, müraciət araşdırıldıqdan sonra cavablandırılacaq.
M. Pənahov bununla yanaşı, qeyd edib ki, bu günə olan məlumata görə, 57 nəfər müşahidəçilik missiyasını həyata keçirmək üçün qeydiyyata alınıb. Onlardan 55-i öz təşəbbüsü ilə, 2-si isə müvafiq qurum tərəfindən bu missiyanı həyata keçirəcək.
Qaynar.info
Şərhlər