Dalğalar Fransa sahillərinə 65 milyon dollarlıq kokain çıxardı

Dalğalar Fransa sahillərinə 65 milyon dollarlıq kokain çıxardı

Son bir neçə həftə ərzində dalğalar Fransa sahillərinə təxminən 760 kq kokain çıxarıb.

Qaynarinfo Fransa TV-yə istinadən xəbər verir ki, narkotik 500 kilometrlik sahil zolağında tapılıb. 

Prokurorluğun məlumatına görə, narkotik vasitə plastik torbalarda qablaşdırılmış vəziyyətdə olub. Maddənin ümumi dəyəri 65 milyon dollar məbləğində müəyyənləşdirilib.

Hazırda polis bu qədər böyük kokain partiyasının haradan gəldiyini araşdırır.

Alpər
XƏBƏRLƏR
BLOGLAR