Dünya 18:50 25.12.2018

Dalğıclara mane olan nəhəng timsah tutuldu

ABŞ-ın Florida ştatında dalğıcların işinə mane olan nəhəng timsah tutulub.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, xüsusi bir layihə üzərində çalışan dalğıclar 3,6 metr uzunluğunda və 226 kiloqram ağırlığında timsah aşkarlayıblar. Bundan sonra sudan çıxaraq, kömək istəyiblər. Yarım saat sonra hadisə yerinə lisenziyalı timsah ovçusu Cim Catvey gəlib və 2 saat mübarizədən sonra timsahı tutub.

O, bu ovunu "ən uzunmüddətli çəkişmə" adlandırıb.

Qeyd edək ki, ABŞ-da 3,4 metrə yaxın timsahlara nadir hallarda rast gəlinir, lakin burada 4,5 metr uzunluğunda timsahların olduğu da məlumdur.