Futbol üzrə Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində sonuncu oyununu bu gün keçirəcək.
Qaynarinfo-nun məlumatına görə, Ayxan Abbasovun baş məşqçisi olduğu yığma Fransa kollektivini qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:00-da start götürəcək. Baş hakim latviyalı Andris Treimanis olacaq.
D qrupunun digər matçında Ukrayna İslandiya ilə üz-üzə gələcək. Həmin görüş saat 23:45-də başlayacaq.
Qeyd edək ki, 13 xalla qrupda lider olan Fransa komandası DÇ-2026-nın final mərhələsinə vəsiqəni təmin edib. İslandiya və Ukrayna 7 xalla növbəti pilləri bölüşdürürlər. 1 xalı olan Azərbaycan millisi dördüncüdür.
DÇ-2026
Seçmə mərhələ
D qrupu
16 noyabr
21.00 Azərbaycan - Fransa
Hakimlər: Andris Treimanis, Haralds Gudermanis, Aleksey Spasennikovs, Vitalis Spasyoņņikovs (Latviya).
VAR: Kley Ruperti (Niderland).
AVAR: Kristaps Ratnieks (Latviya).
Tofiq Bəhramov adına Respublika stadionu.
Şərhlər