Xəbər lenti

"Gələn il "dəmir toy" etməyi düşünürük" - Yazıçı Anar
Ölkə14:01 14.03.2026

"Gələn il "dəmir toy" etməyi düşünürük" - Yazıçı Anar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Çox adam doğum günümlə əlaqədar məni təbrik edib. Dünəndən bəri onlarla təbrik almışam. Amma ad günümü geniş əhatədə deyil, ailəmlə bir yerdə qeyd edəcəyəm”.  
Bu sözləri Modern.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayev deyib.
Xalq yazıçısı gələn il həyat yoldaşı Zemfira Səfərova ilə "dəmir toy” etməyi planlaşdırdıqlarını söyləyib: "Evliliyimizin 50 illiyində Zemfira xanımla "qızıl toy”, 60 illiyində isə "brilliant toy” etmişdik. Bu mərasimləri ailə çevrəsində keçirmişdik. 2027-ci ildə evliliyimizin 65 illiyi tamam olacaq. Gələn il "dəmir toy” etməyi düşünürük”.
Qeyd edək ki, bu gün Anarın 88 yaşı tamam olub.