Gürcü jurnalisti, bir neçə kitab müəllifi Giqa Liparteliani “Ded Həsən” kimi tanınan kriminal avtoritet Aslan Usoyanın ölümündə Gürcüstanın baş naziri Bidzina İvanişvilini ittiham edir.
ANN.Az-ın verdiyi xəbərə görə, jurnalist Ukraynanın TBI telekampaniyasına müsahibəsində belə deyib.
“Qruziya Onlayn”ın yazdığına görə, Liparteliani baş nazir İvanişvilinin “Rossiyskiy kredit” bankının 1990-cı illərdə Usoyanla və digər qanuni oğrularla münasibətlərinin olduğunu, bu gün isə onların arasında mübarizə getdiyini deyib.
Liparteliani bildirib: “Ded Həsən Bidzina İvanişvili Gürcüstanın baş naziri olandan sonra öldürülüb, 2010-cu ildə ona atəş açılsa da, Usoyanı öldürməyiblər, bu, xəbərdarlıq atəşi idi, bu dəfə isə güllə dəqiq onun başını hədəfə alıb və o öldürülüb. Bütün bunlar Gürcüstanın yeni hakimiyyəti ilə bağlıdır. Yeni gürcü hakimiyyəti oğurluq Rusiya məhsuludur. Mən İvanişvilinin sifarişçi olduğu qətllər barədə yazmışam. 1990-cı illərdə o, Otar və Amiran Kvantrişvililərin qətlini sifariş edib. Buna sübutlar var”
Şərhlər