Ölkə 23:54 08.08.2020

Dənizdə batmaq üzrə olan altı nəfər xilas edildi

Bu gün Xəzər dənizində batma təhlükəsi ilə üzləşən şəxslərin həyatı xilas edilib.

Bu barədə Qaynarinfo-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.  

Qeyd olunub ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Nardaranda bir, Bilgəh, Mərdəkan və Pirşağı sularda xilasetmə məntəqələrinin ərazisində batma təhlükəsi ilə üzləşən beş nəfər xilas olunub.