Deputat:

Deputat: "Bu, təkcə Zakir Həsənova qarşı deyil, həm də..."

"Bu, təkcə Zakir Həsənova qarşı deyil, həm də Azərbaycan Ordusuna qarşı təxribatdır"- DeputatDeputat Vahid Əhmədovun Milli Məclisin mayın 31-də keçirilən iclasında Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov barədə səsləndirdiyi əsassız fikirlərə etirazlar davam edir.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavid Osmanov bildirib ki, hər bir azərbaycanlı fəxr edə bilər ki, müstəqil və qüdrətli bir dövlətin vətəndaşıdır: 

"İqtisadiyyatımızın bütün sahələri uğurla inkişaf edir. Eyni zamanda Azərbaycan beynəlxalq aləmdə inkişaf etmiş ölkə kimi qiymətləndirilir. Cənab prezident İlham Əliyevin fəaliyyətini dünyanın ən böyük dövlətlərin rəhbərləri birmənalı olaraq yüksək qiymətləndirir, dərin hörmətlə atdığı addımları dəstəkləyirlər. Cənab prezident İlham Əliyev bütün sahələrə olduğu kimi ordumuza da böyük diqqət və qayğı göstərir. Azərbaycanın Silahlı Qüvvələri bu gün ən güclü ordular sırasındadır. Son beynəlxalq statistik rəqəmlərdə Azərbaycan ordusunun mövqeləri ilbəil qüdrətlənir. 2016-ci ilin aprel döyüşləri, 2018-ci ildə Naxçıvan istiqamətində gedən döyüşlər ilə Azərbaycan ordusu öz gücünü bütün dünyaya nümayiş etdirdi. Vəzifəsindən asılı olmayaraq heç kimin ordumuza qarşı şər-böhtan danışmağa haqqı yoxdur. Bu döyüşlərdə ordumuza rəhbərliyi ali baş komandan İlham Əliyevlə yanaşı Müdafiə naziri Zahir Həsənov rəhbərlik edirdi. Ona görə də bu gün Azərbaycan ordusunu tənqid etməyə heç kimin haqqı yoxdur. Bu, təkcə cənab Zakir Həsənova qarşı deyil, həm də Azərbaycan ordusuna qarşı bir təxribatdır. Bu təxribatdan bizim düşmənlərimiz də istifadə edə bilər".
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR
X  No Image