"Milli Məclis bu gün "İşsizlikdən sığorta haqqında” Qanuna dəyişiklikləri təsdiq etdi. Yeni dəyişikliklərə görə, yalnız iş yeri ixtisar olunanlar deyil, həmçinin əmək müqaviləsi müddəti başa çatanlar və eləcə də çalışdığı qurum və ya hüquqi şəxs ləğv olunanlar da işsizlikdən sığorta haqqı ala biləcəklər".
Qaynarinfo xəbər veriri ki, bu sözləri deputat Vüqar Bayramov öz şərhində deyib.
Deputat bildirib ki, Parlamentin plenar iclasında eyni zamanda öz ərizəsi ilə işdən çıxanlara sığorta haqqlarının verilməsi mexanizminin hazırlanmasını təklif etdim. Belə ki, bəzi hallarda iş yeri ixtisar edilmir, sadəcə sahibkar fərqli səbəblərdən işçini işdən azad edir.
Əksər hallarda da işçiyə təklif olunur ki, öz ərizəsi ilə işdən ayrılsın. İşçi də əmək tarixçəsinin pisləşməməsi üçün ərizə yazıb işdən ayrılmaq məcburiyətində qalır. Bu halda isə həmin şəxsin sığorta haqqları ödəməsinə baxmayaraq işsizlikdən sığorta haqqı almaq hüququnu itirir. Təklifim həmin şəxslərə də sığorta haqqının verilməsinin təmin olunması üçün yeni mexanizminin hazırlanması və qanunvericilikdə bunun nəzərə alınması oldu.
Şərhlər